"Trampın gəlişi Ukraynadakı gedişatı dəyişməyəcək".
Ednews "TASS" agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov CBS telekanalına müsahibəsində deyib.
O, ABŞ - ın keçmiş prezidenti Donald Trampın "vəzifəsində qalsaydı, Ukraynadakı vəziyyətin başqa cür cərəyan edəcəyi" ilə bağlı fikirləri rədd edib:
"Rusiya-Amerika münasibətləri artıq o dərəcədə gərginləşib ki, ABŞ prezidenti Moskvanın qərarlarına təsir edə bilməyəcək".
O, daha sonra iki ölkə arasındakı əlaqələrin pozulması prosesini, C.Buşun Anti-Ballistik Raket Müqaviləsindən (ABM Müqaviləsi) çıxması ilə başladığını söyləyib.
Əkbər