Türkiyənin İstanbul şəhərində polis narkotik istehsalçılarına və tacirlərinə qarşı “Narkoçelik-19” əməliyyatı keçirib.
Ednews Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya “X” sosial media hesabında paylaşım edib.
Nazir əməliyyat nəticəsində 480 kq narkotik maddə və 71 min ədəd həb ələ keçirildiyini açıqlayıb. Narkotik istehsalçısı olan 8 nəfər isə saxlanılıb.
"Əziz millətimin ölkəmizi narkokuryerlərdən və küçə satıcılarından təmizləməkdə qərarlı olduğumuzu bilməsini istəyirəm. Ölkəmizin hər yerində bu şəxslərə qarşı əməliyyatlarımız davam edəcək” – deyə nazir əhaliyə səslənib.
Mikayıl Mirzəzadə