Fransanın daxili işlər naziri Gerald Darmanin iyulun 26-da başlayan Olimpiya Oyunları zamanı 180 nəfərin saxlanıldığını bildirib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, nazir Darmanin Parisətrafı məhəllələrdən biri olan Sen-Deni şəhərindəki polis bölməsinə səfəri zamanı yerli mətbuata Olimpiya Oyunları zamanı Parisdə və onun ətrafında ictimai asayişlə bağlı açıqlamalar verib.
2024-cü ilin əvvəlindən paytaxt Paris və ətraflarında cinayət nisbətində ciddi azalma olduğunu bildirən Darmanin, yanvarın 1-dən bu yana bu bölgədə zorakı soyğunçuluq hadisələrinin 24 faiz, avtomobil oğurluğunun yüzdə 10 və ictimai nəqliyyatda şiddət nisbəti yüzdə 40-a düşüb.
Darmanin , Olimpiya Oyunları başlayandan hər gün zorakılıq hərəkətləri planlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib və terror aktı planlaşdırıldığı barədə məlumat almadıqlarını vurğulayıb.
Darmanin beynəlxalq idman tədbiri başlayandan bəri polisin 200 nəfərə qarşı tədbir gördüyünü və onlardan 180-nin saxlanıldığını açıqlayıb.
Olimpiya oyunlarının təhlükəsizliyini təmin etmək üçün 35 min polis və jandarma, 18 min əsgər və minlərlə özəl təhlükəsizlik işçisi çalışır.
Xəyal