Nazirlər Kabineti aqrar sahə ilə bağlı yeni qərarlar qəbul edib.
EDnews xəbər verir ki, bu barədə “Report” məlumat yayıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən bir sıra avadanlıq və maşınların siyahısı təsdiqlənib.
Siyahıya toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün nəzərdə tutulan avadanlıqlar, bu sahələrdə istifadə edilən laboratoriya avadanlıqları, həmçinin toxum, taxıl və quru paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi və kalibrlənməsi üçün maşınlar daxildir.
Bundan başqa, hökumət başçısı kənd təsərrüfatı heyvanlarının və quşların profilaktikası, diaqnostikası və müalicəsində istifadə olunan baytarlıq preparatlarının idxalının əlavə dəyər vergisindən azad edilməsini nəzərdə tutan siyahının təsdiqlənməsi barədə də qərar imzalayıb.







