ABŞ siyasi sığınacaq üçün müraciət edən xarici vətəndaşların qəbulunu dayandıracaq.
EDnews xəbər verir ki, bu barədə Ağ Ev müşaviri və ABŞ administrasiyasının immiqrasiya siyasətinin əsas müəlliflərindən biri Stiven Miller bildirib.
Onun sözlərinə görə, müvəqqəti müdafiə statusunu itirən şəxslər ölkədən deportasiya edilməlidir.
“Əgər artıq bu ölkədə statusunuz yoxdursa, deportasiya olunmalısınız”, - Miller qeyd edib.
Məlumata görə, ABŞ Ali Məhkəməsi administrasiyaya sığınacaq sisteminin dəyişdirilməsi və miqrantların ölkədən çıxarılması planını irəlilətməyə imkan verən iki qərar qəbul edib.
Qərarlardan biri haitili və suriyalı miqrantlara göstərilən humanitar yardımın dayandırılmasına, digəri isə sərhəddə sığınacaq müraciətlərinin məhdudlaşdırılması siyasətinə aiddir.
Qeyd olunub ki, bu addım müvəqqəti müdafiə statusu almış 1,3 milyon nəfərin deportasiya riski ilə üzləşməsinə səbəb ola bilər.








