Ötən həftə azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatları nəticəsində 1668,8 hektar ərazi minalardan təmizlənib.
EDnews xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, aparılan əməliyyatlar zamanı 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina və 497 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Ümumilikdə, ötən həftə ərzində azad edilmiş ərazilərdə 548 mina və partlamamış hərbi sursatın təhlükəsizliyi təmin edilib.







