Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Xudat” Sərhəd Dəstəsinin xidməti ərazisində yerləşən “Samur” sərhəd komendantlığı əsaslı təmirdən sonra istifadəyə verilib.
EDnews xəbər verir ki, yenilənmiş komendantlıq şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istifadəyə təqdim olunub.
Aparılan təmir işləri çərçivəsində komendantlıqda sərhədçilərin xidməti fəaliyyətinin daha səmərəli təşkili üçün zəruri şərait yaradılıb.







