Xalq artisti Rəmiş haqqında heç yerdə eşitmədiyiniz Maraqlı faktlar

Mədəniyyət 10:30 14.11.2022

Bu gün Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) doğum günüdür. Yaşasaydı 77 yaşı olacaqdı.

Ednews sənətkar haqqında az bilinən faktları oxucuların diqqətinə çatdırır.

1944-cü il noyabrın 14-də Ağdamın Gülablı kəndində doğulub. 6 yaşında olanda Ağdamda babası Yunis kişi onu əzizləyərək Rəmiş deyə çağırarmış. Elə o vaxtdan el arasında hamı onu Rəmiş kimi tanıdı.

Əvvəlcə tütək çalmağa başlayır. Sonralar atası Hüseyn kişi oğlunun musiqiyə həvəsini görüb onu Ağdamdakı 1 saylı musiqi məktəbinin tar sinfinə qoyur.

O, Ağdamın "Şur" ansamblında konsertmeysterlik edib. “Şur” ansamblı öz müvəffəqiyyətli çıxışlarına görə həmin dövrlərdə üst-üstə 15 qızıl medal alıb.

***

60-cı illərin əvvəllərində Ağdamkənd deyilən qəsəbədə çimərlik salınır. Rəmiş yay aylarında tez-tez bu çimərliyə gedərdi. Çimərliyə azərbaycanlılarla yanaşı, çoxlu ruslar da gəlirdi. Rəmiş rusların gitarasını alıb Azərbaycan mahnıları və muğamları ifa edirdi.

O vaxtlar Ağdama tez-tez gələn maestro Niyazi Rəmişi dinlədikdən sonra onun çalğısını çox yüksək qiymətləndirdi və ona Bakıya gəlməsini məsləhət gördü.

O, sonralar bu işlə ciddi məşğul oldu və musiqi tariximizdə ilk dəfə gitaranı Azərbaycan musiqilərinə, muğamlara uyğunlaşdırdı.

***

Görkəmli bəstəkarı Cahangir Cahangirov Rəmişin ifasında özünün "Ana" mahnısını dinləyərək heyran qalıb və heyrətlə deyib: “Bu, mənim yazdığım "Ana" mahnısı deyil, Rəmişin barmaqlarından süzülən daha möhtəşəm, ürəkləri fəth edən tamamilə başqa bir əsərdir”.

***

Konkret səbəbi bilinməsə də, uzun illər Xalq artisti Qədir Rüstəmovla küsülü olub. Mətbuatda bir-biri haqqında tənqidi fikirlər də səsləndirblər.

Gur saç saxlayan, dar cins geyinən, üzərinə qeyri-adi aksesuarlar taxan Rəmiş o vaxt azərbaycanlıdan çox xarici rokerlərə bənzəyirdi. Üstəlik, meymun da saxlayır, çiyninə alıb özü ilə gəzdirirdi. Uzun zaman bu qeyri-adiliklərinə görə onu dövlət televiziyasına buraxmayıblar. Hətta bir dəfə şərt də qoyulub: saçını qırxdırmalısan! Təbii ki, Rəmiş bu təklifi qəbul etməyib. Bir çox çəkilişlərdə o elə həmin görünüşdə düşüb. Çünki Rəmişi əvəz edən ifaçı yox idi.

Rəmiş meymununa qızıl diş saldırmışdı.

***

Bir gün Rəmişi Bakıda yəhudi toyuna dəvət edirlər. Toyda Azərbaycan mahnı və muğamlarını ifa edən Rəmiş yəhudilərin onun ifasına qulaq asmadığını görüb, qəfil İsrailin dövlət himninin çalır. Bütün zal əlini sinəsinin üstünə qoyub ayağa qalxır.

***

İfa etdiyi toylardan birində qaraçı qızının rəqsini müşayiət edir. Qızın ritmini bir rəqslə tuta bilmədiyini görən Rəmiş mahnıları bir-birinə qarışdıraraq çalmağa başlayır. Ortaya qeyri-adi bir ifa və qeyri-adi bir rəqs çıxır. Çıxış o qədər möhtəşəm alınır ki, toyda iştirak edən varlılardan biri Rəmişin gitarasının üstünə qızıl onluq atır.

3 dəfə ailə quran Rəmişin ilk evliliyindən iki qızı, ikinci evliliyində bir oğlu dünyaya gəlib. İkinci dəfə evləndiyi Arzu adlı xanımla rəsmi nikahı olmayıb. 1979-cu ildə Rəmiş M.Sübhü ilə Poluxinin kəsişməsindəki evdə kirayədə qalarkən görüb. Həmin vaxt şöhrətin zirvəsinə doğru qalxan Rəmiş Arzu xanımı qaçırıb. Bir il sonra cütlüyün Hüseyn adlı oğlu dünyaya gəlib. Rəmiş oğluna atasının adını versə də sonralar qəbul etməyib. Hüseyn atasını dəfələrlə axtarıb, görüşməyə cəhd edib, amma alınmayıb. 1997-ci ildə Moskvadan gələndə atasına baş çəkən Hüseyn onun xəstə olduğunu görüb boynundakı iri qızıl boyunbağını ona bağışlayıb.

***

Moskvada bir neçə dəfə həbs olunan, sonuncu həbsi zamanı həbsxanada müəmmalı şəkildə ölən Hüseyn haqqında sual veriləndə Rəmiş həmişə “Mənim o adda oğlum yoxdur” deyib.

Hüseyn atası ilə sonuncu dəfə görüşəndən sonra anasına vəsiyyət edib ki, öləndə onun Rəmişin adını qəbrimin üstünə yazmayın! Anası oğlunun vəsiyyətinə əməl edərək Rəmişin adını oğlunun məzarı üstünə yazdırmayıb. Rəmişin ilk evliliyindən dünyaya gələn iki qızı ilə də heç bir əlaqəsi olmayıb.

***

Üçüncü həyat yoldaşı Gülü onun fanatı olub. Deyilənlərə görə Rəmişin toyu olanda darvazadan baxıb ağlayırmış. Bu qadın Rəmişin ömrünün sonuna qədər birgə həyatı paylaşdığı sonuncu qadın olur. Rəmiş Gülü ilə ATV telekanalında elədiyi toyla yadda qalıb.

Ailəli ola-ola baqşa bir xanımla görüşən Rəmiş həyat yoldaşı Güleyə o xanımı evə gətirəcəyini deyib. Gülü də razılaşıb. 4 ay sevgilisi ilə həyat yoldaşı bir yerdə yaşayıb.

Oğuz Ayvaz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

İrəvanda Matviyenkonun gəlişinə etiraz edildi
12:19 06.06.2025
Saxta Pasportla Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
11:51 06.06.2025
ADB və AIIB ilə Azərbaycanda "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi müzakirə edilib
11:38 06.06.2025
"İran ballistik raketlərin yanacağı üçün Çindən xammal alır"
10:36 06.06.2025
Nə Çin səddi, nə də piramidalar: Kosmosdan aydın görünən tikili açıqlandı
10:05 06.06.2025
“Arsenal” braziliyalı futbolçusu ilə yeni müqavilə imzalayıb
09:42 06.06.2025
Allahşükür Paşazadə yeni Roma Papası ilə görüşəcək
09:27 06.06.2025
Mehriban Əliyeva Qurban bayramı münasibətilə paylaşım edib
08:01 06.06.2025
Çində qlobal internetə giriş verməyə başlayıblar
06:03 06.06.2025
"İsrail Fələstin tayfalarını HƏMAS-a qarşı döyüşmək üçün cəlb edib"
00:15 06.06.2025
NATO-nun müdafiə nazirləri Baltik dənizinin təhlükəsizliyinə dair bəyannamə imzalayıblar
00:09 06.06.2025
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:01 06.06.2025
"Sinxua" agentliyi Azərbaycanda ipəkçiliyin dirçəlişindən yazıb
15:58 05.06.2025
"Azad olunmuş ərazilərdə biznes qurmaq üçün 10-dan çox Çin şirkəti müraciət edib"
15:52 05.06.2025
Ümumdünya Şəhərsalma Forumunun Təşkilat Komitəsi yaradıldı
15:13 05.06.2025
Azərbaycan biznesi istilik təchizatı sektoruna maraq göstərəcəkmi?
14:55 05.06.2025
Paşinyan Oskanyanı quldur adlandırdı
14:26 05.06.2025
Dəmir yolları gücləndirilmiş rejimdə işləyəcək
13:36 05.06.2025
“Azercell” danışıq tarifləri ilə bağlı yeni açıqlama verdi
13:19 05.06.2025
FTB Vaşinqton ştatında nasist simvolları aşkarladı
13:11 05.06.2025
Moskva Tehran və Vaşinqtonun nüvə danışıqlarına qoşula bilər
13:03 05.06.2025
Azərbaycan XİN Danimarkanı təbrik edib
12:44 05.06.2025
Böyük investorlar ABŞ bazarını tərk edirlər
12:26 05.06.2025
Almaniya hərbçilərinin sayını artırır
12:25 05.06.2025
Tacikistan Prezidenti MDB ölkələrini iqtisadi əməkdaşlığı fəallaşdırmağa çağırdı
12:16 05.06.2025
"Aİ dialoqa başlamaq xahişlərimizə kobud bəyanatlarla cavab verir"
12:12 05.06.2025
"McDonald's Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə təqaüd ayıracaq
11:20 05.06.2025
"E-ahik" elektron informasiya sistemi istifadəyə verilib
11:17 05.06.2025
"Arsenal" dörd futbolçusu ilə vidalaşdı
11:14 05.06.2025
AMB-nin Banklararası Kart Mərkəzinin ötənilki fəaliyyəti açıqlanıb
11:02 05.06.2025
İcra Hakimiyyətinin şöbə müdirinə elektron qolbaq taxıldı
10:42 05.06.2025
UNEC-də Beynəlxalq Elmi Konfrans keçiriləcək
10:38 05.06.2025
"Neftçi" sabiq PSJ-linin transferini açıqladı
10:25 05.06.2025
Ronaldo Portuqaliyanı Finala çıxardı
08:55 05.06.2025
Space Forge: Kosmosda Yarımkeçirici Materialların İstehsalı üçün Startap 30 Milyon Dollar Yığdı
08:41 05.06.2025
Rusiya Ukraynadan qisas aldı
08:36 05.06.2025
Fırıldaqçılar Böyük Britaniyanın vergi xidmətindən külli miqdarda pul oğurlayıblar
08:24 05.06.2025
Rusiyada məşhur xəbər agentliyinin ofisində AXTARIŞLAR BAŞLADI: Saxlanılanlar var
08:23 05.06.2025
Paşinyan II Qaregindən cavab gözləyir
08:14 05.06.2025
Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününün Qonağı Olacaq
07:50 05.06.2025
Hamısı