Dünyanın ən məşhur cizgi qəhrəmanlarından olan enerjisi tükənməyən, dəcəl, yorulmaz Maşa və onun şıltaqlıqlarından əzab çəkən Ayı haqqında eşitməyən, bilməyən yoxdur.
Uşaqlar təkrar-təkrar usanmadan dəfələrlə bu cizgi filminə baxırlar. Valideynlər arasında “Maşa və Ayı” cizgi filminin zərərli və ya tərbiyəvi olmağı haqqında dəfələrlə mübahisə yaranır.
“Youtube” şəbəkəsində cizgi filminin günü-gündən izləmə sayı artır, milyarddan çox izlənilir.
“Maşa və Ayı” haqqında elə faktlar var ki, bu haqda çoxlarının xəbəri yoxdur. “Eurasia Diary” təqdim edir:
Fakt 1. Dünyada ən uğurlu cizgi filmlərdən biri sayılan “Maşa və Ayı” əslində öz yaranışını bir qızcığaza borcludur. Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz görür. Uşaq öz enerjisi ilə valideynlərini və orada dincələnlərə “yaxşı istirahət” verir.
Rəssamı ən çox heyrətləndirən isə “kiçik nüvə reaktorunun” özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulur, bəziləri isə qızı görəndə gizlənir. Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır.
Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır. Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. Bazarlarda isə cizgi filmini əks etdirən çoxsaylı oyuncaqlar peyda olub.
Fakt 2. Cizgi filmin 1-ci seriyasından 52-ci seriyasına qədər Maşa xarakterini həmin vaxtı 6 yaşı olan Alina Kukuşkina səsləndirib.
Onun səsi rejissorların o qədər xoşuna gəlib ki, filmə aid mahnıları da problemsiz qızcığaza həvalə ediblər. Amma bir yerdə problem yaranıb. Alinanın gülməyi heç cürə yaxşı alınmayıb və anası onu qıdıqlamağa başlayıb. Yeri gəlmişkən qeyd edək k, Alinanın anası İrina Kukuşkina isə dişi ayını səsləndirib.
Fakt 3. Cizgi filmində Şaxta babanın “Bir, iki, üç! Küknar ağacı yan” mahnısını tanınmış rejissor-animator Eduard Nəzərov səsləndirib.
Onun çəkdiyi “Biri var idi, biri yox idi, bir it var idi” (“Жил-был пес”), “İndi oxuyacam” (“Щас спою!”) kimi cizgi filmləri “100 ilin ən yaxşı Rusiya cizgi filmi” adına layiq görülüb.
Fakt 4. Cizgi filmin heç bir seriyasında Maşa və Ayının Rusiyanın hansı regionunda yaşadığı haqqında məlumat verilməyib. Amma diqqətli izləyicilər bunu da tapıblar.
“Tərk edilmiş” seriyasında Ayıya Pinqvinenkadan məktub gəlir və məktubun üzərində indeks 625 537 yazılıb. Yazılan indeks Tyumen rayonunun Çikça kəndinin poçtuna aiddir. Serialda bu indeksin qəsdən və ya bilərəkdən verildiyi isə məlum deyil.