Dağlıq Qarabağın "müstəqilliyi"nin Ermənistan tərəfindən tanınması ehtimalını Rusiyaya qarşı ədəbsizlik kimi qiymətləndirmək olar.
Bunu "Qordon" nəşrinə açıqlamasında rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.
"Əgər söhbət Dağlıq Qarabağın "müstəqilliyi"nin Ermənistan tərəfindən birtərəfli tanınmasından gedirsə – axı başqa heç kim onu tanımağa hazırlaşmır – bu, Ermənistan tərəfindən Moskvaya qarşı ədəbsizlik olacaq", – deyə o qeyd edib.
Piontkovski bildirib ki, "ermənilər Moskvanın bir çox hərəkətlərindən narazıdırlar, misal üçün, Rusiyanın Azərbaycanı silahla təchiz etməsindən".
"Report"