Malayziyada Cohor Sultan İbrahim İskəndər 5 il müddətinə ölkənin yeni kralı olaraq and içib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, sarayda digər kral ailələri, baş nazir Ənvər İbrahim və kabinet üzvlərinin qatıldığı mərasimdə Sultan İbrahim and içərək rəsmi sənədi imzalayıb.
65 yaşlı Sultan İbrahimin tacqoyma mərasimi daha sonra keçiriləcək.
Qeyd edək ki, Malayziyada vəliəhd soltanların unikal rotasiya sistemi mövcuddur. O, doqquz ştatın vəliəhd hökmdarları arasından ardıcıl olaraq ikinci müddətə seçilmək imkanı olmadan beş il müddətinə seçilir. Namizəd krallıq postunun təsis olunduğu 1957-ci ildə tərtib edilən siyahı ilə müəyyənləşir.
Oğuz