Deputatdan ermənilərə çağırış:  "Səhvlərinizdən dərs çıxarın, yoxsa burnunuz ovulacaq"

Siyasət 16:05 29.02.2024

"Bu gün Ermənistanın üzləşdiyi durum bütün mənalarında "Yağışdan çıxıb, yağmura düşdük" zərb məsələsini xatırladır. Son illərədək Cənubi Qafqazda Rusiyanın əlində bütün mənalarda;- siyasi, iqtisadi və hərbi baxımdan  oyuncağı olan Ermənistan bundan sonra Fransanın ağalığı altında  alət rolunu  oynamaqda davam etdirmək niyyətini ortaya qoyub. Bu isə ermənilərin müstəqil siyasəti olan dövlət yaratmaq niyyətini yox, kimlərinsə əlində marionet bir ölkə rolunu oynamaq niyyətini ortaya qoyur. Amma anlamırlar ki, yürüdülən bu siyasət onları növbəti fəlakətlərə, faciələrə, məhvə sürükləyir".

Bunu Ednews-a açıqlamasında deputat Mahir Abbaszadə deyib.

Deputat bildirib ki, Ermənistan ən azı son illərin acı tarixindən dərs alıb region ölkələri, xüsusən də Azərbaycan və Türkiyə ilə normal münasibətlərini qurub inkişaf etmək əvəzinə, Fransanın timsalında özünə yeni ağa axtarması ona faciədən başqa yaxşı heç nə vəd etmir:

"Fransanən əsas məqsədi bölgədə sülhü təmin etmək yox, Ermənistanın simasında Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirib neokolonolist siyasətini həyata keçirməkdir. Amma bu başdan qeyd edə bilərik ki, Fransanın bu siyasəti iflasa məhkumdur. Bu niyyətinə nail ola bilməycək. Bundan itirən tərəf isə Ermənistan və ermənilər olacaq.  Fransa  bu gün Ermənistanı yenidən silahlandırmaqla bağlı verdiyi bəyanatlar yalnız və yalnız revanşist qüvvələri  həvəsləndirib onları ümidləndirməkdən başqa bir şey deyil. Bu gün nəinki Fransa heç bütövlükdə Avropa Ermənistanı güclü hərbi texnika və silahla təmin etmək iqtidarında deyil. Bunun ciddi səbəbləri var.

Birincisi odur ki, Qərb silah çatışmazlığından Rusiya-Ukrayna müharibəsində Kiyevi lazımı səviyyədə silahlandırmaqla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmir. Ona görə də Qərb vəziyyətdən çıxış yolu Avropa Birliyinə  və NATO-ya üzv olmayan üzv ölkələrdən Ukrayna üçün silah-sursat almağın yollarını arayır. Bu məsələ bu günlərdə Parisdə Aİ-yə üzv ölkələri qeyri-rəsmi sammitində də müzakirə olunub.

İkincisi, Avropa ölkələri özləri özlərinin etibarlı müdafiəsini təmin etmək üçün yetərli səviyyədə  hərbi texnika və silah-sursata malik deyil. Bunu  son vaxtlarda Avropa ölkələrinin rəsmiləri açıq şəkildə də bəyan edirlər. 

Üçüncüsü, Fransa dünyanın başqa ölkələrində Ermənistana silah almaq cəhdi də elə asan məsələ deyil. Bu çox çətin və mürəkkəb prosesdir. Ola bilər Fransa və hindistandan müəyyən silah alsın, amma bu Ermənistanın etibarlı müdafiəsini təmin etmək üçün yetərli ola bilməz. Fransanın verdiyi sınıq-salxaq "Bastion"larla və ya başqa bir neçə ədəd silahla heç nə etmək olmaz. Çünki vaxtı ilə Ermənistan  ordusunu Rusiyanın köhnə silahları ilə təmin etdi və aqiəti də göz qabağındadır. Həmin silahlar  İkinci Qarabağ savaşında Azərbaycan ordusu tərəfindən "metalloma" çevrildi. Yenə də eyni aqibəti yaşamaq istəyir. 

Dördüncüsü, Ermənistanın özünü müasir silahlarla təmin etmək üçün Azərbaycan kimi yetərincə maliyyə imkanlarına malik deyil. Xaricədki erməli lobbisi və diasporu istəsə belə bu gücdə deyil. Ona görə ki, bu çox böyük maliyyə tələb edir və onlar da bu imkana malik deyil. 

Beşincisi, Ermənistan anlamalıdır ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndirib və bu proses davam etməkdədir".

Deputat qeyd etdi ki, 19-20 sentyabrda Qarabağda keçirilən antiterror tədbirləri bunun bariz nümunəsidir:

"Ermənistan ordusu isə hələ də dağılmış  vəziyyətdədir. Azərbaycan ordusu isə davamlı hərbi təlimlər keçməklə döyüş peşəkarlığını, yeni silahlarla davranma qabliyyətinin daha da təkmilləşdirməkdədir. Bunu isə nəinki Ermənistan tərəfi və havadarları da görür. Elə götürək fevralın 12-də Zəngəzurdakı təxribatı. Azərbaycan ordusu cəmi bir-neçə dəqiqəlik cavab həmləsi düşmənə lazımi dərsi verdi. Ermənistan heç olmasa bundan nəticə çıxarsın. Amma görünən odur ki, nə Ermənistan, nə də onların havadarları bundan nəticə çıxarmaq istəmir. Nəticə çıxarmadıqca da istər ermənilərin, istərsə də havadarlarının burunları ovxalanacaq. Ermənistan tərəfə tövsiyyəm budur ki, növbəti faciələri, fəlakətləri, acıları yaşamaq istəmirlərsə Fransa kimi ölkələrin məsləhətindən nə qədər tez uzaqlaşıb Bakının şərtləri daxilndə sülh sazişi imzalasalar yaxşı olar. Bilməlidirlər ki, heç kim gəlib onların əvəzində savaşası deyil. Ermənistan və ermənilər nə qədər ki, ağıllanıb reallığa uyğun adekvat addım atmayacaq, o vaxtadək də kimlərinsə əlində alət olmaqla yeni faciələrin qurbanı olacaqlar. Bunu qulaqlarından sığra etsələr daha yaxşı olar".

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Azərbaycanın “yaşıl hidrogen” hədəfləri üçün tələb olunan əlavə enerji gücü müəyyən edilib
17:29 03.06.2025
Prezident İlham Əliyev yeni hakimlər təyin etdi - SİYAHI
17:25 03.06.2025
Dünyanın ən böyük dəmir filizi yatağı kəşf olundu
17:06 03.06.2025
Kölndə Bomba Təhlükəsi Aşkarlandı
16:09 03.06.2025
"Microsoft" daha 300 əməkdaşını ixtisar etdi
16:02 03.06.2025
"Cartier"-in müştərilərinin məlumatları oğurlandı
15:44 03.06.2025
Iki boksçumuz dopinq istifadə etdiyinə görə diskvalifikasiya olunub
15:29 03.06.2025
Ukraynanın "dron inqilabı": Asimmetrik müharibənin gələcəyi necə dəyişir?
15:26 03.06.2025
"Azərbaycan Dəmir Yolları" süni intellektin tətbiqinə hazırlaşır
15:18 03.06.2025
Qohum evlilikləri ilə bağlı qadağa: "Qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar"
15:08 03.06.2025
"Tarixi ədalətin bərpası üçün beynəlxalq həmrəylik vacibdir"
14:52 03.06.2025
Timsah hamilə qadını sürüyüb apardı
14:46 03.06.2025
Ukrayna NATO-nun məlumat mübadiləsi sisteminə qoşuldu
14:25 03.06.2025
Yunanıstan basketbol çempionatı birdəfəlik dayandırıla bilər
14:13 03.06.2025
META İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni silib
13:55 03.06.2025
Bakıda Fransa kolonializminə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
13:50 03.06.2025
"Minatəmizləmə prosesində pilotsuz uçuş aparatlarından istifadə olunur " – MÜSAHİBƏ
13:44 03.06.2025
Həmyerlimiz Varşava Universitetində doktorluq dərəcəsi alıb - FOTO
13:39 03.06.2025
Görkəmli dövlət xadimi İlyas Vəkilov-120 - Sadiq Qurbanov yazır...
13:32 03.06.2025
ABŞ ordusu Suriyadan çıxır
13:07 03.06.2025
Qarabağ Universitetinin 50 tələbəsi "Qarabağ Dirçəliş Fondundan təqaüd alacaq
13:03 03.06.2025
"İpoteka kreditləşməsi ilə bağlı siyasəti dəyişmək lazımdır"
12:43 03.06.2025
Almaniyada "Rus Evi"nin Bağlanması və Rusiyalı Diplomatların Ölkədən Çıxarılması Təklif Olunub
12:24 03.06.2025
ABŞ Suriyadakı Üç Hərbi Bazanı Tərk Edib: Yeni Geosiyasi Reallıqlar
11:49 03.06.2025
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib
11:05 03.06.2025
“Sea Breeze”də Süni “Half Moon” Adası: Yerli Şirkətlərin İddialı Layihəyə Töhfəsi
10:30 03.06.2025
Bakı Enerji Həftəsi: Tramp əməkdaşlıq etmək istəyir
10:08 03.06.2025
PKK-nın son aktı: Taktiki gediş, yoxsa strateji son
10:04 03.06.2025
Zelenski: Ərdoğanın İstanbulda sülh masası təklifi real nəticə verməyə bilər
09:56 03.06.2025
Bakıda Müsəlman Ağsaqqallar Şurasının Toplantısı Keçiriləcək
07:50 03.06.2025
ABŞ-İran Nüvə Danışıqları Növbəti Raundda Dayana bilər
07:36 03.06.2025
30-cu Bakı Enerji Forumu işə başladı
07:30 03.06.2025
Husilərdən Təl-Əvivə hipersəs raket zərbəsi: Ben Qurion hava limanı bağlandı
07:24 03.06.2025
Türkiyədə zəlzələ baş verib
07:02 03.06.2025
Kanadada Meşə Yanğınları baş verir
06:41 03.06.2025
Zelenskidən Rusiya nümayəndə heyətinə sərt cavab
06:17 03.06.2025
Sarri "Latsio"-ya qayıtdı
04:59 03.06.2025
Prezident İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib
16:49 02.06.2025
"Match TV"-nin Azərbaycandakı yayımı dayandırıldı
16:15 02.06.2025
Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyində ədəbi-bədii təqdimat keçirilib
14:39 02.06.2025
Hamısı