“Azərbaycan və Türkiyə bayraqlarının yandırlması səhnəsini ürək ağrısı ilə seyr etdim. Tədbirin təşkilatçıları ənənəvi olaraq erməni separatçılarıdır. Onların da başında dayanan “Daşnaksütyun” erməni inqilabi federasiyasının gənclər birliyidir. Prosesdə Serj Sarkisyanın da adı hallanır”.
Bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev dünən Ermənistanın paytaxtı İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırılması ilə bağlı fikir söyləyərkən deyib.
Onun sözlərinə görə, bu gün erməni separatizminin başında duranların bu cür aksiyalar keçirməkdən savayı imkanları yoxdur. Heç nə əllərindən gəlmir. Bunu özləri də çox yaxşı dərk edirlər:
“Separatçıların “muskul” nümayiş etdirməsi, dırnaq arası səsləndirdikləri bəyanatlar yalnız mesaj olaraq, heç vaxt reallaşmayacaq açıqlamalardır. Bü cür hadisələri izlədikdə məndə bir fikir qəti şəkildə formalaşır. Biz son 30 ildə Ermənistan separatizminin başında duran Serj Sarksiyan, Robert Köçəryan, Araik Arutyunyan, Bako Saakyan, Ruben Vardanyan və bu kimi digər yanlara bir zərrə də olsun güzəşt etməməliyik. Ermənistanın gələcək nəsillərinə dərs olması, separatçıların kim olduqlarını dərindən anlamaları üçün onlarla haqq-hesab kəsilməlidir. Yerin dibində də olsalar hesab-kitabı qarşılarına qoymalıyıq”.
Qeyd edək ki, 23 apreldə İrəvanda baş tutan yürüş öncəsi bayraqlarımız yandırılıb.
Oğuz