ABŞ dövlət katibi Marco Rubio Vaşinqtonda keçirilən danışıqların yekununda İsrail və Livan arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb.
EDnews xəbər verir ki, Rubionun sözlərinə görə, tərəflər arasında əldə edilən razılaşma regionda gərginliyin azaldılması və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, İsrail və Livan arasında son dövrlər yaşanan qarşıdurmalar beynəlxalq ictimaiyyət tərəfindən ciddi narahatlıqla izlənilirdi.






