Futbol üzrə 2026-cı il dünya çempionatının İ qrupunda qrup mərhələsinin oyunlarına yekun vurulub.
EDnews xəbər verir ki, qrupun yekun nəticələrinə əsasən, Fransa millisi bütün oyunlarda qələbə qazanaraq 9 xalla qrup lideri kimi növbəti mərhələyə vəsiqə əldə edib. Norveç isə 6 xalla ikinci yeri tutaraq pley-off mərhələsinə yüksəlib. Seneqal yığması ən yaxşı üçüncü yerlərdən biri kimi növbəti mərhələdə mübarizəni davam etdirəcək. İraq isə qrupu sonuncu pillədə başa vuraraq mundialla vidalaşıb.







