Azərbaycan təmsilçisi yenidən Committee on the Elimination of Discrimination against Womennin (CEDAW) üzvü seçilib.
EDnews xəbər verir ki, Nyu York-da keçirilən qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyanın iştirakçı dövlətlərinin iclasında Azərbaycanın namizədi 2027-2030-cu illər üçün komitənin üzvü seçilib.
Qeyd edək ki, CEDAW Komitəsi qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təşviqi sahəsində fəaliyyət göstərən əsas beynəlxalq mexanizmlərdən biridir.






