Çinin Şanxay şəhərində yerləşən, 7 600 ton ağırlığında olan tarixi məktəb binası mühəndislik əməliyyatı çərçivəsində 62 metr məsafəyə köçürülüb.
EDnews xəbər verir ki, binanın köçürülməsi üçün 198 hidravlik robot ayaqdan istifadə olunub. Müasir texnologiyaların tətbiqi sayəsində tarixi tikiliyə zərər vermədən onun yeni əraziyə daşınması mümkün olub.
Qeyd edək ki, bu cür layihələr tarixi və memarlıq irsinin qorunması məqsədilə həyata keçirilir.





