Siyəzən ərazisində baş verən yanğın lokallaşdırılıb. Hazırda bir qədər tüstülənmə var.
Ednews xəbər verir ki, bunu Şabran Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbəri Elbrus Əliyev bildirib.
O qeyd edib ki, Siyəzən rayonunun Allahyarlı kəndindən başlayan yanğın isti hava və külək nəticəsində meşə ərazisinə keçib və nəticədə 2 hektar meşə fondu ərazisinə ziyan dəyib.
Tüstülənən ərazilərin söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir:
“Yanğının söndürülməsində nazirliyin yerli qurumlarının 100-dən çox əməkdaşı iştirak edib”.