Bakı-Sumqayıt yolundakı tıxacla bağlı tədqiqat aparmaq lazımdır.
Ednews xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda ictimai dinləmədə deyib.
Onun sözlərinə görə, bu yoldakı vəziyyət hər gün 4 saat tıxacda qalan insanların psixikasına təsir göstərir:
"Bu, çox ciddi məsələdir. Bu insanlar bir müddət sonra ən azı 5-7 xəstəliyə tutulacaqlar".