Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib

Cəmiyyət 18:40 23.05.2024

Azərbaycanın Vatikandakı səfirliyi Müstəqillik Günü ilə bağlı rəsmi qəbul təşkil edib
 
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyi 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.

Ednews xəbər verir ki, Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov 106 il öncə - 1918-ci il mayın 28-də Azərbaycanda İstiqlal Bəyannaməsi qəbul edilərək müsəlman dünyasında ilk dünyəvi demokratik cümhuriyyət, o cümlədən çoxmillətli parlamentin və hökumətin qurulduğunu bildirib. 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə olduğunu xatırladan diplomat ölkəmizin müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin sülh şəraitində, qarşılıqlı razılıq, ləyaqət və hörmət şəraitində birgə yaşadığı məkan olduğunu qeyd edib. Vurğulayıb ki, multikultural və etnik cəhətdən müxtəlif Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri qoruya bilib. 2002-ci ildə Papa II İohan Pavel, 2016-cı ildə isə Papa Fransisk Azərbaycana səfərləri zamanı ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndiriblər.

İ.Muxtarov Azərbaycanın 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Müqəddəs Taxt-Tacla siyasi, mədəni və digər sahələrdə əməkdaşlığı daha da artdığını qeyd edib. Bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci ildə Vatikana və 2002-ci ildə Roma Papası İohan Pavelin ölkəmizə səfərləri nəticəsində ikitərəfli münasibətlərin möhkəm təməli qoyulub və bu sıx əməkdaşlıq hazırda uğurla davam etdirilir.

Səfir ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqla mühüm önəm verdiyini, 20-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondunun himayəsi və dəstəyi ilə bir sıra mühüm xristian irsinin qorunması ilə bağlı çoxsaylı layihələrin həyata keçirildiyini vurğulayıb.

Diplomat qeyd edib ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 illik işğalından sonra bu il ilk dəfədir ki, Müstəqillik Günü ölkəmizin bütün ərazisində beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində qeyd olunur. O, ölkəmizin hər zaman Cənubi Qafqazda uzunmüddətli sülhün əldə olunmasının tərəfdarı olduğunu, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi şans yarandığını bildirib.

Müqəddəs Taxt-Tacın Dövlət Katibliyinin Dövlətlər və Beynəlxalq Təşkilatlarla Əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallaher öz çıxışında Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Müqəddəs Tax-Tacın ölkəmizlə əlaqələrinin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. O, qarşılıqlı hörmətə, dialoqa və birgə əməkdaşlığa əsaslanan iki ölkənin əlaqələrinin böyük inkişaf yolu keçdiyini, Vatikanın münasibətlərin daha da inkişafına önəm verdiyini qeyd edib.

Cari ildə Heydər Əliyev Fondunun 20 illik yubileyinin qeyd olunduğunu bildirən arxiyepiskop Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Taxt-Tac ilə fond arasında qurulmuş uğurlu əməkdaşlığın Vatikanda yerləşən dünya əhəmiyyətli bir sıra tarixi abidələrin bərpasına töhfə verdiyini vurğulayıb. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürünü çatdırıb, bu layihələrin Vatikanda yüksək qiymətləndirildiyi deyib.

Paul Riçard Qallaher Müqəddəs Taxt-Tacı Azərbaycan xalqı ilə birləşdirən humanitar məsələlərdən tutmuş təhlükəsizlik məsələlərini, eləcə də davamlı sülh axtarışını əhatə edən geniş spektrli ortaq qayğıları və niyyətləri xatırlayaraq, Azərbaycanın zəngin mədəni müxtəlifliyi və mənəvi ənənələrinin onu Katolik kilsəsi ilə dialoqa açıq bir dövlət etdiyini bildirib. Bu xüsusda o, fürsətdən istifadə edərək Bakıda yeni katolik kilsəsinin tikintisi məqsədilə torpaq sahəsi ayrıldığına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığını ifadə edib.

Mərasimdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac əlaqələrinə dair videoçarx və fotosərgi nümayiş olunub. Əməkdar artist, tarzən Sahib Paşazadənin və fortepianoda Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərovanın ifasında Azərbaycan musiqiləri səsləndirilib. Sonda milli mətbəx nümunələrindən ibarət rəsmi ziyafət verilib.

PKK-dan təhvil alınan silahlar belə yandırıldı - VİDEO

Xəbər xətti

Rusiyada miqrant uşaqlar üçün pullu təhsil təklif olunur
23:14 17.07.2025
"Nou Kamp"ın təmiri gecikir
22:59 17.07.2025
Ərdoğan Suriya prezidentilə danışdı
22:44 17.07.2025
Tramp Pakistana gedəcək
22:29 17.07.2025
Ermənistan İranla Zəngəzur dəhlizini müzakirə etdi
22:14 17.07.2025
İranın hava limanlarının 24 saatlıq fəaliyyəti bərpa edildi
21:59 17.07.2025
“Vosmoy bazarı”nın adı dəyişdirildi
21:44 17.07.2025
İsraillə Suriya arasında savaşa səbəb olan Druzlar kimdir?
21:29 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
21:14 17.07.2025
"Dörd il ərzində dörd inqilab cəhdinin qarşısını almışıq"
20:59 17.07.2025
"Moskva ABŞ-nin vasitəçiliyi ilə Ukrayna tərəfi ilə birbaşa danışıqlar aparır"
20:44 17.07.2025
VAR-ın səlahiyyətləri artırılır
20:29 17.07.2025
ABŞ Dövlət Departamentindəki kütləvi ixtisarı xaosa səbəb oldu
20:14 17.07.2025
Britaniya və Almaniya arasında genişmiqyaslı müdafiə sazişi imzalandı
19:59 17.07.2025
Nyu-Yorkda Kipr problemi ətrafında danışıqlar başlayıb
19:44 17.07.2025
"Trampla dronlarla bağlı meqasövdələşməni nəzərdən keçiririk"
19:29 17.07.2025
Kriştianu Ronaldu 2024/25 mövsümünün ən yaxşı futbolçusu seçildi
19:14 17.07.2025
Dezinformasiya Fırtınasına Qarşı Səfərbərlik: Vətəndaş Cəmiyyəti və Medianın Tarixi Məsuliyyəti Şahlar Ruhi yazır...
19:08 17.07.2025
Fransa hərbçiləri Seneqalı tamamilə tərk etdilər
18:59 17.07.2025
"Samsung Electronics"in rəhbəri məhkəmədən qalib çıxdı
18:44 17.07.2025
Ukraynadakı münaqişənin aqibəti Trampın iqtisadi təzyiqlərindən asılı olacaq
18:29 17.07.2025
Nüvə materialı satışının qarşısı alındı
18:12 17.07.2025
"Fənərbağça"nın yeni transferi Joze Mourinyonu özündən çıxardı
17:57 17.07.2025
Mişel Obama həyat yoldaşı ilə münasibətlərindən danışıb
17:43 17.07.2025
Tramp “Coca-Cola”nın tərkibini dəyişdirir
17:28 17.07.2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi
17:13 17.07.2025
ADA Universitetində açılacaq dövlət sifarişli yerlərin sayı açıqlanıb
16:58 17.07.2025
İsraildə siyasi qalmaqal: üç nazir eyni zamanda istefa ərizəsi verib üç nazir eyni vaxtda istefa ərizəsi verib
16:42 17.07.2025
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş kitabın təqdimatı olub
16:27 17.07.2025
Çin şirkəti “Masdar”ın Azərbaycandakı əsas layihələri üçün müasir modullar tədarük edəcək
16:12 17.07.2025
Mariya Şarapova ABŞ-dəki evini satır
15:57 17.07.2025
ABŞ büdcəsi azalacaq
15:42 17.07.2025
“Liverpul” Almaniya klubunun hücumçusu ilə razılığa gəlib
15:27 17.07.2025
Kit Kelloq Ukraynanı tərk edib
15:12 17.07.2025
Türkiyə Suriyada atəşkəsin təmin edilməsinə kömək edib
15:09 17.07.2025
Pakistan və BƏƏ INTOSAI-nin İdarə Heyətinə üzv seçildilər
14:57 17.07.2025
Prezidentlər Mehmandarovların malikanə kompleksində olublar
14:43 17.07.2025
Nəvələrini göl kənarında gəzdirən baba suda boğuldu
14:39 17.07.2025
"Azərbaycanda sistem əhəmiyyətli banklar strategiyalarını yenidən nəzərdən keçirməlidir" -Müsahibə
14:27 17.07.2025
Prezidentlər Şuşa məscidində dua etdilər
14:13 17.07.2025
Hamısı