Cənubi Koreyanın Çedju adasında əcnəbi vətəndaşın hərəkətləri ciddi narazılıqla qarşılanıb. Belə ki, həmin şəxsin adanın mədəni irsinin ayrılmaz parçası sayılan "hənyo" (dalğıc qadınlar) heykəlini qucaqlayaraq öpməsini əks etdirən video böyük qalmaqal yaradıb.
EDnews bu barədə "The Korea Herald" nəşrinə istinadən xəbər verir.
Çoçxon ərazisindəki Hamdok çimərliyi yaxınlığında lentə alınan bu kadrlar qısa müddətdə sosial platformalarda yayılaraq yerli əhalinin sərt qınağına tuş gəlib. Görüntülərdə əcnəbinin heykəlin üstünə çıxaraq nümayişkaranə şəkildə davrandığı, yanında olan dostlarının isə bu vəziyyətə güldüyü əks olunub.





