Ermənistanda iqtisadi vəziyyətlə bağlı narahatlıq artır.
EDnews Musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan bildirib ki, Rusiya bazarında erməni məhsullarının yerini çox sürətlə Azərbaycan məhsulları tutur.
O, iqtisadiyyatın "Qərbyönlü" və ya "Rusiyayönlü" kimi bölünməsini anormal adlandırıb.
"Bilirsinizmi, Rusiya bazarında nə baş verir? Erməni məhsullarının yerini çox sürətlə Azərbaycan məhsulları tutur... Ermənistanda hələ də özünüaldatma ilə məşğul olduqları halda, iqtisadiyyat çökə bilər", – deyə Tsarukyan sosial şəbəkə hesabında yazıb.
Tsarukyanın sözlərinə görə, mövcud vəziyyət davam edərsə, erməni fermerləri yoxsulluq həddinə çata, sahibkarlar iflas edə, ölkə isə ciddi büdcə problemləri ilə üzləşə bilər. O, bəzi iqtisadi sahələrin tamamilə sıradan çıxa biləcəyi barədə də xəbərdarlıq edib.






