Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) Zaporojye Atom Elektrik Stansiyasının Ukraynadakı münaqişə başlayandan bəri 21-ci dəfə xarici elektrik təchizatını itirdiyini təsdiqləyib.
EDnews xəbər verir ki, AEBA-nın məlumatına görə, stansiyada xarici enerji təchizatının kəsilməsi ilə bağlı quruma rəsmi məlumat daxil olub.
Bildirilib ki, yüksək gərginlikli "Ferrosplavnaya-1" elektrik ötürmə xətti avtomatik sistemlər tərəfindən söndürülüb. Nəticədə Zaporojye AES təxminən iki saat ərzində ehtiyat dizel generatorları hesabına fəaliyyət göstərib.
Stansiya rəhbərliyi dizel generatorlarının normal rejimdə işlədiyini, təhlükəsizlik sistemlərinin fasiləsiz enerji ilə təmin olunduğunu, xarici elektrik təchizatı bərpa edildikdən sonra isə generatorların yenidən ehtiyat rejiminə keçirildiyini açıqlayıb.
Hadisə barədə Zaporojye AES-də fəaliyyət göstərən AEBA müfəttişləri də məlumatlandırılıb.




.jpg)


