Azərbaycan prezidenti Əliyev bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq və bu görüş, iki lider arasında 2024-cü ildə yenidən seçildikdən sonra ilk şəxsi təmas olacaq.
Ednews xəbər verir ki, bu fikirlər Rusiyanın Kommersant qəzetində dərc edilib.
Rusiya hərbi kontingentinin tezliklə Qarabağdan çıxarılması və Ermənistanla sərhədin demarkasiyası və delimitasiyası zamanı 4 kəndin Azərbaycana qaytarılması Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında dayandırılmış üçtərəfli danışıqlar formatını canlandırmaq şansı verir. “Kommersant” yazır ki, İrəvan Qərblə yaxınlaşmaq kontekstində fəaliyyət aparır.
Qeyd olunur ki, Əliyevdən sonra Ermənistanın baş naziri Paşinyanın Moskvada ölkənin xarici siyasət strategiyası ilə bağlı ciddi söhbəti gözlənilir.
Fərid