Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında Sərəncam imzalayıb.
Ednews xəbər verir ki, Sərəncamla Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən və dövlət mülkiyyətinə aid 29,63 hektar (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin istifadəsində olan 26,86 hektar və həmin torpaq sahəsinə bitişik 2,77 hektar) torpaq sahəsi icarəyə vermək hüququ ilə İqtisadi Zonaların İnkişafı Agentliyinin (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində) istifadəsinə veriləcək.