İyunun 17-də UNESCO-nun Parisdə yerləşən Baş qərargahında Qeyri-maddi mədəni irsin qorunması haqqında 2003-cü il Konvensiyasının Tərəf Dövlətlərinin Baş Assambleyasının 11-ci sessiyası keçirilib.
EDnews xəbər verir ki, sessiyada Azərbaycan nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.
Nazir çıxışı zamanı Azərbaycanın qeyri-maddi mədəni irsin qorunması və təbliği sahəsində həyata keçirdiyi tədbirlərdən danışıb. O, milli irs nümunələrinin UNESCO siyahılarında təmsil olunmasının, eləcə də bu istiqamətdə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Bildirilib ki, Azərbaycan qeyri-maddi mədəni irsin qorunmasını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən edib və bu sahədə UNESCO ilə sıx əməkdaşlığı davam etdirir.
Sessiya çərçivəsində Konvensiyanın həyata keçirilməsi, qeyri-maddi mədəni irsin qorunması mexanizmlərinin təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

.jpeg)
.jpeg)

.jpeg)







