Azərbaycan və İslam İnkişaf Bankı (İİB) Qrupu arasında sənədlər imzalanıb.
EDnews xəbər verir ki, sənədlərin imzalanması mərasimi Azərbaycan Prezidenti İlham Əliyev və İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casirin iştirakı ilə baş tutub.
İmzalanan sənədlərin Azərbaycan ilə İİB Qrupu arasında əməkdaşlığın daha da genişləndirilməsinə xidmət etdiyi bildirilir.
Qeyd edək ki, İslam İnkişaf Bankı Qrupu ilə Azərbaycan arasında müxtəlif sahələr üzrə uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.







