Dünən gecə Ukrayna dronları Moskva Neft Emalı Zavoduna bir həftə ərzində ikinci dəfə zərbə endirib.
EDnews xəbər verir ki, bu barədəUkrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
“Bu gecə zərbələrimiz yenidən Moskva bölgəsinə çatdı: bir həftə ərzində ikinci dəfə Moskva Neft Emalı Zavoduna zərbə endirildi. Rostov bölgəsindəki və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hədəflərə də zərbə endirildi”, - deyə o bildirib.
Zelenski qeyd edib ki, bu, Rusiyanın Ukrayna şəhər və qəsəbələrinə endirdiyi zərbələrə tamamilə ədalətli cavabdır və Müdafiə Qüvvələrinin Rusiya hərbi maşınını dəstəkləyən obyektlər üzərindəki işinin daha bir mühüm nəticəsidir.
Dövlət başçısı Ukrayna Müdafiə və Təhlükəsizlik Qüvvələrinə birgə işlərinə görə təşəkkür edib.







