Moskvaya son iki ilin ən kütləvi dron hücumu edilib.
EDnews xəbər verir ki, bu barədə Rusiya KİV yazıb.
Rusiya paytaxtının səmasında hava hücumundan müdafiə qüvvələrinin (HHMQ) təxminən 180 dronun vurulduğu bildirilir.
Dron hücumu səbəbindən Domodedovo və Vnukovo hava limanlarında təyyarələrin gəlişi və uçuşuna müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Moskvanın Kapotnya rayonunda da nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılıb.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, hava hücumundan müdafiə sistemləri bir gecə ərzində ölkənin 17 bölgəsi üzərində 555 dronu ələ keçirib və məhv edib.
Moskva meri Sergey Sobyaninin sözlərinə görə, dronlardan birinin qalıqlarının düşdüyü “Sadovod” ticarət mərkəzi ərazisində binalardan birinə kiçik ziyan dəyib. Xəsarət alan olmayıb və təcili yardım xidmətləri hadisə yerində işləyir.







