Moskvaya kütləvi dron hücumu zamanı “Sadovod” bazarında yanğın qeydə alınıb.
EDnews xəbər verir ki, sosial şəbəkələrdə hadisə yerindən yanğın görüntülər paylaşılıb.
Məlumata görə, yanğına vurulmuş dronun bazar ərazisinə düşməsi səbəb olub.
Moskva meri Sergey Sobyanin də vurulmuş pilotsuz uçuş aparatının “Sadovod” bazarının ərazisinə düşdüyünü təsdiqləyib.
O bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, Moskvanın ən böyük bazarlarından biri hesab olunan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.







