Azərbaycan Prezidenti İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib.
EDnews xəbər verir ki, görüş çərçivəsində Azərbaycan ilə Ərəb Koordinasiya Qrupuna daxil olan qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub.
Qəbul zamanı Sumqayıtda yeni tullantı sutəmizləyici qurğunun tikintisi üzrə kredit sazişi imzalanıb.
Bununla yanaşı, Abşeronda su təchizatı ilə bağlı memorandum mübadilə olunub.
Sənədlərin imzalanması su ehtiyatlarının idarə olunması, tullantı sularının təmizlənməsi və kommunal infrastrukturun inkişafı sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Ərəb Koordinasiya Qrupu inkişaf, maliyyələşmə və investisiya sahələrində əməkdaşlığı dəstəkləyən bir sıra qurumları birləşdirir.







