“Gənclər elə bilik və bacarıqlara yiyələnməli elə sahələrdə fəaliyyət göstərməlidirlər ki, gəlirləri yüksək olsun”.
Sabiq deputat Rüfət Quliyev bunu EDnews-a müsahibəsində bldirib.
O qeyd edib ki, bu məsələyə yanaşması hər zaman praqmatik olub:
“Bu gün ölkədə belə imkanlar var. Mən bunu səmimi və açıq şəkildə etiraf edirəm. Düşünmək lazım deyil ki, orta aylıq əməkhaqqı təxminən 1100 manatdırsa, bütün məsələ bununla bitir. Xeyr, bizdə elə mütəxəssislər var ki, ən azı 3000, 5000, hətta 10 000 manata qədər maaş almaq imkanına malikdirlər. Belə iş yerləri və imkanlar mövcuddur. Əsas sual isə budur: belə mütəxəssislər varmı? Mən bu sualı cəmiyyətə ünvanlayıram”.
Aytac | EDnews




.jpg)

