Almaniya və Polşa hərbi əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan yeni müdafiə müqaviləsi imzalayıb.
EDnews xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, saziş Rusiya ilə artan gərginlik, eləcə də ABŞ-ın Avropa təhlükəsizliyində gələcək iştirakına dair qeyri-müəyyənlik fonunda imzalanıb.
Bildirilir ki, ABŞ-nin Avropadakı hərbi mövcudluğunun qismən azaldılması ilə bağlı müzakirələr fonunda Polşa NATO-nun şərq cinahının müdafiəsində Avropa müttəfiqlərinin rolunu gücləndirməyə çalışır. Almaniya isə uzun illər davam edən maliyyə çatışmazlığından sonra ordusunu modernləşdirmək və Bundesverin imkanlarını artırmaq istiqamətində addımlarını intensivləşdirir.
Saziş Baltik dənizi regionunun qorunması, hərbi mobillik, infrastruktur, kibertəhlükəsizlik və yeni texnologiyalar sahələrində əməkdaşlığı əhatə edir.







