Azərbaycanda yanvar-aprel aylarında doğulan körpələrin sayı açıqlanıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrində məlumat yer alıb.
Məlumata görə, Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən cari ilin ilk dörd ayında 28 631 doğulan körpə qeydə alınıb.
Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə düşən doğum göstəricisi azalaraq 9,4-dən 8,5-ə enib.
Doğulan körpələrin 53,6 faizini oğlan, 46,4 faizini isə qız uşaqları təşkil edib.
Hesabat dövründə doğulan körpələrdən 980-i əkiz, 39-u isə üçəm olub.
.jpg)






