“Real Madrid” heyətini yeni futbolçu ilə gücləndirib.
EDnews xəbər verir ki, Madrid təmsilçisi İbrahima Konateni azad agent kimi transfer edib.
Fransalı müdafiəçi son olaraq İngiltərənin “Liverpool” klubunda çıxış edib. Müqaviləsi başa çatdıqdan sonra sərbəst futbolçu statusu qazanan Konate karyerasını İspaniya nəhəngində davam etdirəcək.
Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçunun “Real Madrid”in müdafiə xəttini gücləndirəcəyi gözlənilir.
Qeyd edək ki, İbrahima Konate daha əvvəl “Leipzig” və “Liverpool” klublarında forma geyinib.







