Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb.
EDnews xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata əsasən, 2026-cı il iyun ayının 1-i vəziyyətinə ölkədə qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,6 min nəfər olub.
Qeydiyyatda olan işsizlərin 52,1 faizini qadınlar təşkil edib.
Bildirilib ki, işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 479,8 manat olub.
.jpg)






