Neft Emalı Zavodunda yanğın hadisəsi baş verib.
EDnews xəbər verir ki, hadisə iyunun 18-də saat 08:30 radələrində zavodun 31 saylı Katalitik Reforminq Qurğusunda qeydə alınıb.
Məlumata görə, qurğuda yerləşən 211/1 saylı isti dəyişdiricinin üst qapaq hissəsində buraxılış nəticəsində yanğın baş verib.
Hadisə dərhal nəzarətə götürülüb. Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin çevik müdaxiləsi nəticəsində yanğın tam söndürülüb.
Bildirilib ki, zavodun fəaliyyəti təhlükəsizlik tələblərinə uyğun şəkildə davam etdirilir və istehsalat prosesində hər hansı fasilə müşahidə olunmur.
Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.







