Burkina Faso hökuməti Fransa ilə diplomatik əlaqələrin dayandırılması barədə qərar qəbul edib.
EDnews xəbər verir ki, qərar iki ölkə arasında mövcud münasibətlərin vəziyyətinin hökumət tərəfindən hərtərəfli qiymətləndirilməsindən sonra verilib.
Rəsmi açıqlamada bildirilib ki, qərar Burkina Fasonun xarici siyasət prioritetləri və milli maraqları nəzərə alınaraq qəbul olunub.
Qeyd edək ki, son illərdə Burkina Faso ilə Fransa arasında münasibətlərdə gərginlik müşahidə olunurdu.






