Türkiyə millisinin sabiq üzvü Nuri Şahin Almaniyanın "Borussiya" (Dortmund) kollektivinin baş məşqçisi təyin olunub.
Ednews klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 35 yaşlı mütəxəssis ötən gün istefa verən Edin Terziçi əvəzləyib.
N.Şahinlə 2027-ci ilə qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, o, daha əvvəl "Borussiya"da Edin Terziçin köməkçisi kimi fəaliyyət göstərib.