Argentina finalda Kolumbiyaya 1:0 hesabı ilə qalib gələrək Copa America titulunun sahibi oldu.
Ednews xəbər verir ki, bu Cənubi Amerika təmsilcilərinin 16 - cı çempionluğu oldu və bu nəticə ilə onlar Uruqvayı qabaqlayaraq bir ilkə imza atdılar.
Gərgin keçən görüşdə rəqiblərindən üstün olmağı bacaran Argentina yığması yalnız 112-ci dəqiqədə Lautaro Martinezin kolumbiyalı qapıçı Kamilo Varqası keçərək Argentinanın qələbəsini təmin edib.
Qeyd edək ki, görüşdə Lionel Messi ilk hissədə topuğundan zədə aldı və nəticədə meydanı göz yaşları içində tərk etməli oldu.
Əkbər Novruz