Argentina Xarici İşlər Nazirliyi Böyük Britaniyanı Folklend adalarının qaytarılması ilə bağlı danışıqlara başlamağa çağırıb.
Ednews cumhuriyyet.com-a istinadən xəbər verir ki, Argentina Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: “Argentina hökuməti və xalqı Malvinas adaları, Cənubi Corciya, Cənubi Sandviç adaları və ətraf dəniz əraziləri üzərində qanuni və ayrılmaz suveren hüquqlarını bir daha təsdiqləyir.
“Argentina hökuməti bu suverenlik mübahisəsinin həllini tapmaq məqsədi ilə Baş Assambleyanın müvafiq qətnamələrinin müddəalarına uyğun olaraq ikitərəfli danışıqlara yenidən başlamağa hazır olduğunu bir daha bəyan edir”, - bəyanatda deyilir .
Sputnik-in məlumatına görə, Argentina hökumətinin Folklend adaları mübahisəsinə baxmayaraq, Böyük Britaniya ilə qarşılıqlı maraq doğuran məsələlərdə "yetkin əlaqələr" saxlamaq istədiyi qeyd edilib.
Bundan əvvəl Argentina prezidenti Xavyer Miley seçki kampaniyası zamanı Folklend adalarını geri qaytaracağına və diplomatik kanallarla onların qaytarılması üçün müxtəlif variantları nəzərdən keçirəcəyinə söz verib. Britaniya adaların qaytarılması ilə bağlı danışıqlar aparmaq niyyətində olmadığını açıqlamışdı. Folklend sakinləri Britaniyaya sadiq qalmaqda israrlıdırlar.
Xəyal Ramiz