Haitidə baş nazir Ariel Henrinin istefası tələbi ilə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.
Ednews xarici mediaya istinadən xəbər verir ki, bir çox şəhərdə baş nazir Henrinin istefasını tələb edən minlərlə insan polislə toqquşub.
Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan yaralanıb. Hadisələrdə təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilir.
Mağazaların, evlərin və nəqliyyat vasitələrinin yandırıldığı üçün insanların evlərinə qapandığı bildirilir.
Ölkə daxilində meydanlara çıxan minlərlə insan baş nazir Henrinin "təhlükəsizliyi təmin edə bilmədiyi və iqtisadi böhrana çarə tapa bilmədiyi" səbəbiylə istefasını tələb edib.
Oğuz