“Bu yaxınlarda Rusiyada baş vermiş vəhşi terror aktını gördünüz. Türkiyəni hər gün oxşar səhnələrin yaşandığı bir ölkəyə çevirmək istəyənlər var.
Ednews xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkir şəhərində çıxışı zamanı deyib.
O bildirib ki, Türkiyə terrorçulara, o cümlədən PKK terror təşkilatına qarşı uğurla mübarizə aparır.
Qeyd edək ki, martın 22-də Rusiyanın Moskva vilayətindəki "Crocus City Hall"da terror aktı baş verib. Hadisə nəticəsində ölənlərin sayı 140-a çatıb.