Litvada sakinlər Ukraynaya hərbi personal göndərilməsinin əleyhinə olub.
Ednews briefly.com-a istinadən xəbər verir ki, BNS xəbər agentliyinin sifarişi ilə Vilmorus mərkəzinin keçirdiyi sorğuya əsasən, Litvada sakinlərin 56%-i Ukraynaya hərbi personal göndərilməsinin əleyhinə olub. Respondentlərin daha 15%-i hesab edir ki, Litva Ukraynaya əsgər göndərməlidir, ancaq hərbi təlim keçməlidir.
14,5% digər Qərb ölkələri bunu edərsə, qoşun göndərilməsinin tərəfdarı idi. Respondentlərin 11,5%-i bu suala cavab verməkdə çətinlik çəkib. Və yalnız 3% müsbət cavab verdi.
Nicat