"Kim bizə zərər verərsə və ya bizə zərər verməyi planlaşdırırsa, biz də onlara zərər verəcəyik”
Ednews "Anadolu Ajansı"na istinadən xəbər verir ki, bu sözləri İsrailin baş naziri Binyamin Netanyahu Baş Nazirliyin mətbuat xidmətinin verdiyi açıqlamada söyləyib.
"İranın illərdir birbaşa və ya vəkilləri vasitəsilə İsrailə qarşı fəaliyyət göstərir və bu səbəbdən İsrail, İran və onun havadrlarına qarşı müdafiə, hücum xarakterli addımlar atır".
Qeyd edək ki, İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluq binasına hücumuna görə Tehran administrasiyasının cavab bəyanatları ilə gərginlik artsa da, İsrail bu gün geniş iştirakla təhlükəsizlik kabineti, daha sonra isə "gərginlik" gündəliyi ilə müharibə kabineti quracağını açıqlayıb.
Əkbər Novruz