İsrail rəhbərliyi Qəzza müharibəsi ilə bağlı yeni qərar qəbul edib.
Ednews xəbər verir ki, bu barədə israrilin “Haaretz” qazeti məlumat yayıb.
Yayılan məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu Qəzza müharibəsini gizli şəkildə dayandırmaq istəyir.
Xatırladaq ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzza zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər.
Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.
Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.
Loğman Yunis