Hər il iyulun 9-da Argentina təqvimindəki ən mühüm günlərdən birini qeyd edir: Müstəqillik Günü.
Bu tarix 1816-cı ildə Rio de la Plata Birləşmiş Əyalətlərinin İspaniya monarxiyasından müstəqilliklərini elan etdikləri və hər hansı digər xarici hökmranlığı rədd etdikləri zaman ölkə tarixində mühüm hadisənin ildönümünü qeyd edir.
9 iyul 1816-cı ildə San Miguel de Tucuman şəhərində Ümumi Təsis Konqresi toplantısında Argentina İspaniya Monarxiyasından asıllığı rədd edərək Müstəqillik Aktı imzaladı.
A. Mikayıl