Bolqarıstanda məktəblərdə LGBT təbliğatı qadağan edilib.
Ednews sozcu.com-a istinadən xəbər verir ki, Bolqarıstan parlamenti məktəblərdə LGBT təbliğatını qadağan edən qanun qəbul edib.
Milli Məclisdə Vazrajdane Partiyasının təhsil qanununa təklif etdiyi dəyişiklik müzakirə edilib. Səsvermədə qanuna dəyişiklik təklifi 8 əleyhinə 154 səslə qəbul edilib.
9 deputat səsvermədə bitərəf qalıb.
Qanun dəyişikliyi ilə məktəblərdə LGBT təbliğatı və “qeyri-bioloji cinsi oriyentasiya” mövzusu qadağan edildi. Qəbul edilmiş mətndə “gender kimliyinin müxtəlif tərifləri ilə bağlı ideya və baxışların birbaşa və ya dolayı yolla hər hansı bir şəkildə təbliği, təşviqi və ya təhrik edilməsi qadağandır”. Bəyanat daxil edilib.
Xəyal