ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.
“EDnews” xəbər verir ki, bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.
“Biz hələ ki, danışıqların o səviyyəsində deyilik. Amma, əlbəttə müzakirə edilməli olan bir sıra mövzular var”, - o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.
Rubio vurğulayıb ki, hələ prosesə başlamayıblar, ilkin razılıq isə əldə olunub.