Vaşinqton Səudiyyə Ərəbistanında Moskva ilə Rusiya – Ukrayna müharibəsinin tənzimlənməsi üzrə danışıqlarda həqiqi irəliləyişin əldə olunacağına ümid edir.
“EDnews” xəbər verir ki , bu barədə ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff “Fox News” telekanalına müsahibəsində bildirib.
“Güman edirəm, martın 24-də Səudiyyə Ərəbistanında xüsusilə Qara dənizdə atəşkəs məsələsində həqiqi irəliləyiş görünəcək”, – o qeyd edib.
Uitkoff əlavə edib ki, gələcəkdə bu razılaşmaların nəticəsi tam atəşkəs ola bilər.